İsraildə hərbi helikopter qəzaya uğrayıb | VİDEO

İsraildə hərbi helikopter qəzaya uğrayıb    | VİDEO
  16 Yanvar 2026    Oxunub:994
İsrail daşınması planlaşdırılan “Black Hawk” hərbi helikopteri Qüds yaxınlığındakı Quş Etzion bölgəsində yerə düşüb.
AzVision.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, daha əvvəl texniki nasazlıq səbəbindən təcili eniş edən və təxliyyəsi nəzərdə tutulan helikopter “Yasur” nəqliyyat helikopteri vasitəsilə daşınırdı.

Xüsusi troslar vasitəsilə xarici sapana bərkidilmiş nasaz helikopter havaya qaldırılıb. Lakin daşınma zamanı helikopter onu “Yasur”la birləşdirən troslardan qoparaq təxminən 10 metr hündürlükdən yerə düşüb.

Daşınma zamanı boş olan helikopter insanlara və binalara heç bir ziyan vurmadan açıq ərazidə qəzaya uğrayıb.

İsrailin Hərbi Hava qüvvələrinin komandanı general-mayor Tomer Bar qəzanın səbəblərini araşdırmaq üçün istintaq komissiyasının yaradılmasını əmr edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   helikopter   qəza  



Xəbər lenti